Yardımlı rayonunda hava kəskin dəyişib.
“Unikal” xəbər verir ki, rayon ərazisinə dolu yağıb.
Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Hadisə ilə bağlı hər hansı ciddi fəsad barədə məlumat verilməyib.
Oxu.Az-ın məlumatına görə isə, Şəki rayonunun Baş Zəyzid kəndində baş verən güclü sel daşqını ciddi fəsadlar törədib.
Dağlıq ərazidən gələn güclü sel suları kənd ərazisindən keçərək iki körpünü dağıdıb.
