WhatsApp Image 2025 12 25 at 11.14.01

“Hazırda Ukrayna Silahlı Qüvvələri bütün Avropanın ən güclü və qüdrətli ordusudur”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalının efirində danışarkən deyib.

Ukrayna Silahlı Qüvvələri bütün Avropada ən güclü və qüdrətli ordudur. Bu, açıq-aydındır. Böyük ölçüdə aldıqları yardım, həmçinin döyüş meydanında qazandıqları təcrübə sayəsində bunu bacarıblar. Münaqişə ukraynalıları yeni döyüş taktikaları, fərqli üsullar, avadanlıqlar və texnologiyalar hazırlamağa məcbur edib. Bu, şübhəsiz ki, təsiredici amildir”, – o vurğulayıb.

Ekspertlər bildirirlər ki, Ukrayna ordusu hazırda Rusiyaya inamlı müqavimət göstərir. Buna baxmayaraq, hər iki ölkənin ordusu zəifləyib, ciddi texnika və canlı qüvvə itirib. Bu baxımdan hətta Rusiyanın da başqa müharibəyə hazır olmadığını qeyd edirlər.

Əliyar Xəlil
Globalinfo.

Paylaş: