1750320998 abs iran 900x506 2

İran İsraili Livanda hərbi əməliyyatları dayandırmağa məcbur edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə anonim mənbə “Press TV“yə bildirib.

    Mənbənin sözlərinə görə, İran Livana hücumların dayandırılmasını danışıqların keçirilməsinə tələb kimi irəli sürüb.

    Mənbə deyib ki, İran nümayəndə heyətinin İslamabada səfəri İsrailin Livana hücumlarına görə bir neçə dəfə təxirə salınıb.

    Vurğulanıb ki, danışıqların davam etdirilməsi İsrailin Livana hücumlardan çəkinməsinə bağlıdır.

    Mənbə İsrailin Livana hücumlarını bərpa edəcəyi təqdirdə, Pakistanda ABŞ-la danışıqların dərhal dayandırılacağını vurğulayıb.

    Paylaş: