Qərb hərəkətə keçdi: Rusiya postsovet ölkəsindən qovulur

Qərb hərəkətə keçdi: Rusiya postsovet ölkəsindən qovulur

Avropa Birliyi Rusiyanın hərbi aqressiyası fonunda Moldovanın təhlükəsizliyi və müdafiəsini gücləndirməyə kömək edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrel deyib.

Onun sözlərinə görə, Kişinyova yardım bir neçə istiqamətdə göstərilcəcək. Borrel Moldovaya həmçinin kibertəhlükəsizlik sahəsində də yardımın veriləcəyini bildirib.

Bununla belə, baş diplomat tərəflərin iki həftə sonra Dnestryanı ilə bağlı ən yüksək səviyyədə görüşlərin keçirilməsi barədə razılıq əldə etdiklərini deyib.

Qeyd edək ki, son günlər Moldova ilə bağlı situasiya qəlizləşib. Belə ki, rəsmi Kişinyov Moskvanın ona qarşı hibrid savaş başlatdığını və ölkədə çevriliş etmək istədiyini bildirib. Eləcə də ölkənin baş naziri Rusiyanın dərhal Dnestryanını tərk etməsini istəyib. Buna isə Moskva sərt reaksiya verib. Kreml Dnestryanıya hücum gerçəkləşəcəyi halda Moldovanın çox pis bədəl ödəyəcəyini bəyan edib.

İlkin Həsənov
Globalinfo.az