marko rubio

ABŞ İranın Hörmüz boğazından keçən gəmilər üçün rüsum almasına icazə vermək niyyətində deyil”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

İran Hörmüz boğazı üzərində daimi nəzarət yaratmaqla, keçid üçün ödəniş sistemi tətbiq etməklə və sairlə hədələyirlər. Buna icazə verilməyəcək”, – deyə o bildirib.

Rubio qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp bunun qarşısını almaq qərarına gələrsə, onun bir sıra variantları var.

Xatırladaq ki, İran gəmilərin bağlanmış Hörmüz boğazından keçmək üçün rüsum ödəməli olacağını açıqlamışdı. Hazırda İran Hörmüz boğazına tam nəzarət edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: