pakistan ordusu

PakistanƏfqanıstan sərhədində cavab əməliyyatı zamanı azı 22 Taliban üzvü öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın “Geo News” kanalı hüquq mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələr əlavə ediblər ki, təhlükəsizlik qüvvələri Talibanın PakistanƏfqanıstan sərhədində səbəbsiz əməliyyatından sonra “Ghazab-lil-haqq” əməliyyatına başlayıb.

***21:05

Pakistan ilə Əfqanıstan arasında sərhəd xəttində vəziyyət yenidən gərginləşib və iki tərəf arasında silahlı toqquşmalar baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Military” nəşri məlumat yayıb. Qeyd olunub ki, Taliban genişmiqyaslı hərbi əməliyyata başladığını elan edərək sərhəd əyalətlərinə əlavə qüvvə və hərbi karvanlar göndərib.

Rəsmi Kabil bunu Pakistanın son hava zərbələrinə cavab və qisas addımı kimi qiymətləndirib.

Əfqanıstan tərəfi Pakistanın sərhəd mövqelərinə və nəzarət məntəqələrinə zərbələr endirib. Qarşı tərəf isə təhlükəsizlik tədbirlərini gücləndirib və bölgəyə əlavə qüvvələr cəlb edib.

Toqquşmaların miqyası və mümkün itkilərlə bağlı hələlik dəqiq məlumat açıqlanmayıb. Sərhəd bölgəsində gərginlik davam edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: