Mixail Qaluzin

Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində Qahirənin danışıqlarda vasitəçi olmaq istəyini şərh edərkən bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, İrəvan və Bakı arasında vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verməmək lazımdır.

O xatırladıb ki, İrəvan və Bakı arasında barışıq Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər komplekslərinə əsaslanır.

Paylaş: