“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin vəziyyəti stabil qiymətləndirilir”.
Globalinfo.az bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında birliyin mətbuat katibi Rüfət Behcizadə deyib.
O bildirib ki, Kəmalə Ağazadə bu gün səhər saatlarında Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:
“Həkimlərin müayinələrinə əsasən, ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Artıq müalicəsinə başlanılıb. Hazırda xəstəxanada müalicəsi davam etdirilir. 10 gün müddətinə xəstəxana şəraitində müalicə alması nəzərdə tutulub. Vəziyyəti stabil qiymətləndirilir”.
***11:59
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Bu barədə Globalinfo.az-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib.
“Aparılmış müayinələrin nəticələrinə əsasən ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Hazırda xəstəxana şəraitində müalicəsinə başlanılıb”, – deyə o bildirib.
Zaira Akifqızı
Globalinfo.az