Ağdam rayonunun Əfətli kəndində ikimərtəbəli yaşayış evində baş verən yanğın lokallaşdırılıb.
APA-nın yerli müxbirinin verdiyi məlumata görə, ikinci mərtəbədə baş verən yanğın üç otağa yayılıb. Ağdam yanğından mühafizə bölmələri alovun qarşısını alıb.
Əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilir.
X X X
Ağdamda yaşayış evi yanıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əfətli kəndi ərazisində baş verib.
Hadisə yerinə yerli yanğınsöndürən briqadaları cəlb olunub.