“Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya gəlməkdən imtina etməsini zəiflikdir”.
Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının Krım bölgəsindən olan deputatı Mixail Şeremet deyib.
Onun sözlərinə görə, bu, siyasətçinin danışıqlar apara bilməməsini göstərir:
“Zelenski Rusiyaya getməkdən, Rusiya vətəndaşlarına qarşı törətdiyi bütün cinayətlərə görə xalqın qəzəbindən qorxur”.
Deputat əlavə edib ki, Zelenskinin Ukrayna münaqişəsini sona çatdırmaq üçün birdən çox fürsəti olsa da, bu məsələdə maraqlı deyil.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Rusiya liderinin Moskvada görüşmək təklifini rədd edib və onu Kiyevə dəvət edib.
V.Zelenski Ukraynanın hər gün raket hücumlarına və atəşə məruz qaldığı bir vaxtda Rusiyanın paytaxtına gələ bilməyəcəyini vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az














