kivanc

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun “Aile” serialında dublyordan istifadə etməsi səs-küyə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bir çox tamaşaçı aktyoru sadə səhnələr üçün dublyordan istifadə etdiyinə görə tənqid edib. Görüntülər sosial mediada yayıldıqdan sonra Kıvanç Tatlıtuğla bağlı reaksiyalar şiddətlənib.

İstifadəçilər “Kaskadyor çəkilir, amma pulu Kıvanç Tatlıtuğ alır”, “Az qala ocaq yandırmaq üçün də kaskadyorlardan istifadə edirlər”, “Asan yolla hər bölümdən milyonlar qazanırlar” tipli şərhlər yazıblar.

Hadisələrin ardınca Kıvanç Tatlıtuğun dublyoru Mehmet Tanın işdən qovulduğu məlum olub. Tan bu barədə şəxsi sosial media hesabında açıqlama verib:

“Kıvanç Tatlıtuğun dublyoru olduğum bir səhnə gündəmə gəldi və bir çox yer onu paylaşdı. Bu yazılardan sonra şirkət mənə zəng edərək işdən çıxarıldığımı bildirdi. Biz dublyorların onsuz da yaxşı gəliri yoxdur. Hamımız aktyor olmaq arzusu ilə bu işə müraciət edirik. Mən daha dublyor olmaq istəmirəm”.

aile dizisindeki sahne krize donustu kivanc tatlitugun dubloru mehmet tan isten cikarildi 17567930901871 1 s

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: