Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, saxlanılan Arsen Markaryan avtomobilin yük yerində polisdən gizlənməyə çalışıb.
Əməliyyatçılar Markaryanın getdiyi avtomobili müəyyən ediblər və onu Mojaysk şossesində Kubinka şəhəri yaxınlığında saxlayıblar.
“Yol polisi müfəttişləri avtomobilin yük yerində gizlənən şübhəlinin olduğu avtomobili saxlayıblar”, – idarənin məlumatında deyilir.
***19:29
Rusiya qüvvələri daha əvvəl Ukrayna ordusunu tərifləyən və Moskvanın bombalanmasını təklif edən bloger Arsen Markaryanı saxlayıb.
Globalinfo.az xəbər verir ki, ona “Vətən müdafiəçilərinin xatirəsini təhqir etmək” ittihamı irəli sürülüb və yaxın vaxtlarda dindirilməyə aparılacaq.
“İstintaqın məlumatına görə, 2025-ci il fevralın 25-dən gec olmayaraq, videohostinq saytlarından birinin populyarlığından xəbərdar olan Markaryan qeyri-məhdud sayda insan üçün vətən müdafiəçilərinin xatirəsinin təhqir olunması barədə məlumatların yer aldığı videoçəkiliş yerləşdirib”, – İstintaq Komitəsində qeyd olunub.
Qeyd edilib ki, blogeri 5 ilədək həbs cəzası gözləyir.
***17:56
Rusiyada erməniəsilli bloqer Arsen Markaryana qarşı terrorizmə bəraət qazandırılması iddiası ilə cinayət işi qaldırılıb.
Globalinfo.az bildirir ki, Oxu.Az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Moskva Prokurorluğunun yanvarın sonunda Markaryana qarşı cinayət işinə dair məlumatında bildirilirdi ki, bloqer videoçarxda terrorizm ideologiyası və praktikasının düzgünlüyünə dair mövqe nümayiş etdirib, Rusiya ərazisində ölkə vətəndaşlarına qarşı dronlardan istifadə ilə terrora çağırışlar edib.
Bloqer beş ilə qədər həbs cəzasına məhkum edilə bilər.