interpress 7085da0caf4d1bcabceb479f8197c3de ybc8xgmnah5p4j9osfli 640x336 1

Rusiya-ABŞ sammiti öncəsi Britaniyanın sağçı populist İrs Partiyasının lideri Devid Kurteyn Londonu Moskva ilə barışmağa və onunla diplomatik və ticarət əlaqələrini normallaşdırmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində açıqlama yayıb.

“Ölkəmiz Ukraynada münaqişənin deeskalasiyasına nail olmalı və Rusiya ilə normal diplomatik və ticarət əlaqələrini bərpa etməyə çalışmalıdır,” – deyə Kurteyn yazıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşün əhəmiyyətini vurğulayıb və danışıqların uğurlu keçəcəyinə ümid etdiyini bildirib. Tramp qeyd edib ki, daha vacib görüş isə Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə keçiriləcək üçtərəfli sammit olacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: