1704048130 1576950957 qza piyada

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Məhsəti qəsəbəsində qeydə alınıb.

11 saylı xətt üzrə işləyən “ISUZU ” markalı sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən A.Zeynallını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Paylaş: