Gəncədə hərbi yürüş keçirilir – FOTOLAR

Gəncədə hərbi yürüş keçirilir - FOTOLAR

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Gəncədə hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirilir.

Globalinfo.az APA-ya istinadən bildirir ki, yürüş şəhərin Nizami Gəncəvi prospektində başlayaraq Atatürk prospektinə qədər davam edəcək.

Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndirəcəklər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı, Laçın və Xankəndində də hərbi yürüş keçirilib.

Gəncədə hərbi yürüş keçirilir - FOTO Gəncədə hərbi yürüş keçirilir - FOTO