tramp 3

ABŞ Prezidenti  Donald Tramp  İrandan cavab zərbələri olacağı təqdirdə İsraili dəstəkləməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu “Foks Nyus”un jurnalisti Cennifer Qriffin deyib.

“Tramp Təl-Əvivi müdafiə edəcəyinə söz verib. ABŞ lideri ilə telefon danışığımızda bu məsələyə aydınlıq gətirdi”, – o sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, İsrail ordusu iyunun 13-də Tehranın gizli şəkildə nüvə silahı üçün komponentlər hazırladığına dair şübhələri əsas gətirərək İran ərazisinə hava zərbələri endirib .

İsrailin “Ynet” portalı isə mənbələrə istinadən bildirib ki, əməliyyatın ilkin mərhələsi uğurlu olarsa, ABŞ hərbçiləri İrana hücumda İsrailə qoşula bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: