“ABŞ Prezidenti Donald Tramp İrandan cavab zərbələri olacağı təqdirdə İsraili dəstəkləməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu “Foks Nyus”un jurnalisti Cennifer Qriffin deyib.
“Tramp Təl-Əvivi müdafiə edəcəyinə söz verib. ABŞ lideri ilə telefon danışığımızda bu məsələyə aydınlıq gətirdi”, – o sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, İsrail ordusu iyunun 13-də Tehranın gizli şəkildə nüvə silahı üçün komponentlər hazırladığına dair şübhələri əsas gətirərək İran ərazisinə hava zərbələri endirib .
İsrailin “Ynet” portalı isə mənbələrə istinadən bildirib ki, əməliyyatın ilkin mərhələsi uğurlu olarsa, ABŞ hərbçiləri İrana hücumda İsrailə qoşula bilər.
Əliyar Xəlil
Globalinfo.az