ABŞ-dan Ermənistana böyük bir nümayəndə heyəti gəlib. Heyətin tərkibində ABŞ Müdafiə Nazirliyinin əməkdaşları və hərbi qulluqçular da var.
Globalinfo.az “Hraparak” nəşrinə istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyindəki mənbə təsdiqləyib.
Mənbənin sözlərinə görə, səfərin məqsədi Ermənistan və ABŞ arasında hərbi əməkdaşlıq proqramları üzərində birgə iş aparmaqdır, lakin konkret hansı proqramlardan söhbət getdiyi açıqlanmayıb.
Məsələ ilə bağlı nəşr Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinə sorğu ünvanlayıb. Nazirlik əlavə informasiya təqdim etməkdən imtina edib.
Xatırladaq ki, daha əvvəl RT ABŞ-ın Almaniyadakı bazalarından yüzlərlə avadanlıq və texnikanı Ermənistandakı sınaq poliqonlarına köçürməyi planlaşdırdığını bildirmişdi. Bu köçürülmələrin Pentaqon və Ermənistan ordusunun birgə hərbi təlimləri ilə bağlı ola biləcəyi deyilirdi.
Aysel Əliyeva
Globalinfo.az