Sinan Oğan Azərbaycan mahnısına rəqs etdi – VİDEO

Türkiyədə ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın rəqsi gündəm olub.

Globalinfo.az xəbər verir ki, S.Oğan “Getmə, getmə maralım” adlı Azərbaycan mahnısının sədaları altında rəqs edib.

Onun bu rəqsi maraqla qarşılanıb.

Qeyd edək ki, Sinan Oğan 1967-ci ildə İqdırda azərbaycanlı ailəsində dünyaya gəlib. Marmara universitetində iqtisadiyyat və idarəetmə üzrə təhsil alan Sinan Oğan 1993-2000-ci illərdə Azərbaycanda müəllim olaraq fəaliyyət göstərib. Hətta o, Gənclər və İdman naziri Fərid Qayıbovla İqtisadiyyat naziri Mikayıl Cabbarovun da müəllimi olub.

Həmin görüntüləri təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az