Keir Starmer 1

“Rusiya Prezidenti Vladimir Putinə güvənmirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.

“Ona şans verilsə, yenidən hücum edə bilər.  Bizim təhlükəsizlik zəmanətlərinə ehtiyacımız var”, – deyə baş nazir bildirib.

Starmer Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampa inandığını vurğulayıb:

“Zelenski Trampla görüşündə səhv bir şey etməyib. O, 2022-ci ildən bəri ölkəsinə lider kimi cəsarətlə xidmət edir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: