“Rusiya Prezidenti Vladimir Putinə güvənmirəm”.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
“Ona şans verilsə, yenidən hücum edə bilər. Bizim təhlükəsizlik zəmanətlərinə ehtiyacımız var”, – deyə baş nazir bildirib.
Starmer Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampa inandığını vurğulayıb:
“Zelenski Trampla görüşündə səhv bir şey etməyib. O, 2022-ci ildən bəri ölkəsinə lider kimi cəsarətlə xidmət edir”.
Əliyar Xəlil
Globalinfo.az