İsrail ordusundakı fransız əsgərlərinin sayı açıqlanıb.
Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, 78 gündür Qəzzaya qarşı həyata keçirilən hücumlarda İsrailin istifadə etdiyi muzdlularla bağlı həqiqətlər ortaya çıxıb. Məlumata görə, bu hücumlara ən böyük dəstəyi Avropa ölkələri verir. İsrail ordusundakı muzdluların sayı sirr saxlanılsa da, Avropa Birliyi ölkəsi olan Fransadan nə qədər əsgərin qoşulduğu məlum olub.
Belə ki, Fransanın İsrail Müdafiə Qüvvələrinə qoşulmaq üçün Tel-Əvivə 4185 əsgər göndərdiyi üzə çıxıb. Bu məsələ Fransanın aparıcı siyasi birləşmələrindən olan “Yalmaz Fransa” Partiyasının şikayəti ilə bağlı açılan cinayət işi səbəbilə məlum olub .
Fransalı deputat Tomas Portes Qəzza və İordan çayının qərb sahilində döyüşən fransız əsgərləri haqqında ölkə prokurorluğuna müraciət edib. Portes prokurorluğa göndərdiyi şikayət ərizəsində İsrail ordusunda 4185 Fransız əsgərinin xidmət etdiyini vurğulayıb.
Əliyar Xəlil,