Azərbaycan əhalisinin gəlirləri nə qədər artıb?

Azərbaycan əhalisinin gəlirləri nə qədər artıb?

Ötən ay Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin yanvar ayı ilə müqayisədə 6,2% artaraq 5967,8 milyon manat və ya hər nəfərə orta hesabla 583,6 manat olub.

Bu barədə Globalinfo.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

 

Yanvar ayında əhalinin sərəncamında qalan gəlirləri 5108,7 milyon manat təşkil edib.