
Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausman ilə görüş keçiriblər.
Globalinfo.az xəbər verir ki, M.Cabbarov bununla bağlı öz “facebook” hesabında paylaşım edib.
“Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausman ilə növbəti dəfə görüşməkdən məmnun olduq. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin COP29 (COP29 Azerbaijan) çərçivəsində səmərəli əməkdaşlığı, dayanıqlı iqtisadiyyatın təşviqi sahəsində aparılan təhlillərin əhəmiyyəti, birgə təşəbbüslər və növbəti addımlar barədə danışdıq”, – nazirin paylaşımında qeyd olunur.