ABŞ Prezidenti Donald Tramp yenidən BRİKS ölkələrini hədələyib.
Globalinfo.az xəbər verir ki, bunu Tramp Ağ Evdə çıxışı zamanı deyib.
“Biz onların ABŞ-la biznesinə ən azı 100%-lik rüsum tətbiq edəcəyik. Sizə bəllidir ki, BRİKS nədir? Siz başa düşürsünüz mən nə danışıram. Keçmiş prezident Bayden deyirdi ki, onlar bizə seçim qoymayıblar. Mən isə deyirəm ki, yox, biz onlara seçim qoymayacağıq”, – Tramp bildirib.
Qeyd edək ki, BRİKS-ə Çin, Rusiya, Hindistan, Braziliya, CAR, BƏƏ, İran və digər dövlətlər daxildir. Azərbaycan bir müddət əvvəl təşkilata üzv olmaq niyyətini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az














