1645595266 news 20180405115556

Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə şübhəli bilinən həyat yoldaşı – 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə dekabrın 14-də baş verib.

Faktla bağlı araşdırma davam etdirilir.

Paylaş: