1266217
Suriyanın Rusiyadakı səfirliyi eks-prezident Bəşər Əsədin Moskvada olduğunu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nəşr yazır ki, diplomatik nümayəndəlik Əsədlə əlaqə qurulmadığını bildirib:

“Bəli, o, Moskvadadır. Lakin səfirlik Bəşər Əsədlə əlaqəyə keçməyib”.

Kremlin mətbuat katibi Dmitri Peskov isə Bəşər Əsədə rəsmən sığınacaq verilməsi ilə bağlı suala cavab verməkdən yayınıb:

“Biz bu suala cavab verməyə borclu deyilik”.

Qeyd edək ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyi Bəşər Əsədin prezident vəzifəsindən istefa vediyini və hakimiyyətin sülh yolu ilə təhvilini tapşıraraq ölkədən çıxdığını açıqlayıb. Kreml onun ailə üzvləri ilə birlikdə Moskvaya gəldiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: