Türkiyə Ədliyyə Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahu barədə beynəlxalq axtarış elan olunması üçün rəsmi prosedur başladıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.
O deyib ki, Netanyahunun insanlığa qarşı cinayətlər və soyqırımı ittihamları ilə bağlı çıxarılmış həbs qərarları əsasında “İnterpol”un qırmızı bülleteni ilə axtarışa verilməsi üçün Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət edib:
Gürlek Türkiyənin bundan sonra da hüquqi mübarizəni davam etdirəcəyini vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az