zelenski 88

Ukrayna Prezidenti Volodimir Zelenskinin Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsi fərmanı birmənalı qarşılanmayıb. Məlumata görə, onun əsas hədəfi Gürcüstanın hakim Gürcü arzusu – Demokratik Gürcüstan Partiyasının təsisçisi Bidzina İvanişvili və yaxın ətrafıdır.

Zelenskinin Gürcüstana sanksiyası nədən xəbər verir?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ukraynanın sanksiyaları Gürcüstan siyasi elitasında Rusiyanın mövqeyinin yenidən qurulması ilə bağlıdır:

“Gürcüstanda keçirilən parlament seçkilərində rusmeyilli elita – Gürcü Arzusu Partiyası qalib gəldi. Qarşıdan gələn prezident seçkilərində də rusmeyilli şəxsin qalib gələcəyi istisna edilmir. Qərb də öz növbəsində seçkilərə müdaxilə etmək üçün bütün imkanlarından istifadə edəcək. Həmin məsələlər də Ukrayna-Gürcüstan münasibətlərinə təsirsiz ötüşmür. Mümkündür ki, Zelenski gələcəkdə rusmeyilli  prezidentin hakimiyyətə gəlişi ilə Gürcüstanla əlaqələri soyuqlaşdıracaq. Sanksiyalar da onun təzahürüdür”.

08bZbRHikP1Dwhs6SRea

Kənan Novruzov

Siyasi şərhçinin sözlərinə görə, Ukraynaya indiki vəziyyətdə Gürcüstanla münasibnətləri pisləşdirmək lazım deyildi:

“Bu, Qərbin, Rusiyanın əlini oynamaqdır. Çünki Qərb Ukraynadan, Rusiya da Gürcüstandan alət kimi istifadə edəcək. Amma Ukrayna Gürcüstanla münasibətləri normallaşdırsa, perspektivdə Tibilisinin vasitəçiliyi ilə Kremllə gərginlikdə də nəyəsə nail ola bilər. Yaxud da Ukrayna NATO, Aİ-yə iddialı dövlət kimi Gürcüstanın Qərbə gedən yoluna töhfə verə bilərdi.

Gürcüstanın Ukraynaya cavab verməkdə tələsəcəyini düşünmürəm. Əgər bu baş verərsə, iki ölkə arasındakı əlaqələrə mənfi təsir edəcək”.

Safura Bənnayeva

Globalinfo.az

Paylaş: