Ermənistanın müdafiə naziri Suren Papikyan noyabrın 29-da Rusiyanın İrəvandakı səfiri Sergey Kopirkini qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Kopirkin görüş zamanı Ermənistanın müdafiə nazirinə Rusiyanın İrəvandakı səfirliyinin müdafiə məsələləri üzrə yeni təyin olunan attaşesi, polkovnik Aleksandr Qoryanovu təqdim edib.
Papikyan Qoryanovu təyinatı münasibəti ilə təbrik edib və uğurlar arzulayıb.
Tərəflər regional təhlükəsizlik məsələləri və ikitərəfli münasibətləri müzakirə ediblər.
Əliyar Xəlil
Globalinfo.az