67141164a437c67141164a437d172936842067141164a437967141164a437b

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. 

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin M.Axundzadə küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Mitsubishi” markalı minik maşını idarəetmədən çıxıb.

Nəticədə minik maşını telefon dirəyinə daha sonra isə evə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Telefon xəttinə və avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə qəzaya yağışlı hava şəraiti səbəb olub.

Fakt araşdırılır.

Paylaş: