xerite

“Ermənistan Baş Naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) ölkə ərazisini tərk etməsi barədə Rusiya ilə razılıq əldə edib”.

Globalinfo.az xəbər verir ki, bunu analitik Aqşin Kərimov deyib

Onun sözlərinə görə, bu məsələdə Azərbaycanın təzyiqləri də müstəsna əhəmiyyətə malikdir:

“Lakin Aİ-nin missiyası hələ Ermənistandadır və Rusiyanın da iştirakını artıracağı ehtimal olunur. Ümumiyyətlə Qərbdən bu dəfə İrəvana təzyiq tətbiq edilə bilər. Paşinyanın Moskva mətbəxində hazırlanmış reseptlərlə hərəkət edə biləcəyi ehtimalına qarşılıq olaraq bunun mümkünlüyü şübhə doğurmur. Bir sözlə, Ermənistan əks qütblərin cazibə mərkəzi yox, poliqon sahəsidir və mümkündür ki, İran da öz payını götürmək üçün həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm də Qərblə gizli razılaşmaya meyillidir.

Hansı bucaqdan baxsaq, proseslər Azərbaycanın strateji maraqlarının mütləq təmininə doğru gedir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: