Fransa məhkəmə sistemi Teleqramın həmtəsisçisi Pavel Durovun altı ay müddətinə Fransanı tərk etməsini qadağan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Paris Match” məlumat yayıb.
Məlumatda bildirilib ki, P.Durov 2025-ci ilin mart ayına qədər ölkədən çıxarılması bilməz.
Nəşr vurğulayır ki, Durov daha öncə təyinedilmiş 5 milyon avroluq girovu hissə-hissə ödəyəcək. İlk hissə bir milyon, qalan dördü isə beş aylıq ödənişlər şəklində olacaq
Xatırladaq ki, Durov avqustun 24-də Parisdə Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılmış, avqustun 28-də isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Qeyd edək ki, Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.