durov teleqram

Fransa məhkəmə sistemi Teleqramın həmtəsisçisi Pavel Durovun altı ay müddətinə Fransanı tərk etməsini qadağan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Paris Match” məlumat yayıb.

Məlumatda bildirilib ki, P.Durov 2025-ci ilin mart ayına qədər ölkədən çıxarılması bilməz.

Nəşr vurğulayır ki, Durov daha öncə təyinedilmiş 5 milyon avroluq girovu hissə-hissə ödəyəcək. İlk hissə bir milyon, qalan dördü isə beş aylıq ödənişlər şəklində olacaq

Xatırladaq ki, Durov avqustun 24-də Parisdə  Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılmış, avqustun 28-də isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Qeyd edək ki, Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.

Paylaş: