9d593c38 1eb0 459d 8bfb d7ad99011ceb 1

Dekabrın 11-i saat saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.

Globalinfo.az-ın məlumatına görə, qeyd olunub ki, aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

b44a19f3 4edc 4190 b4a7 00e08fcfae30 dc0f64c1 6dc2 4633 9e0c 5b867c649734

1
3
037b8a70 6d50 40f4 9c09 399f68238f90
499d916a a9a5 4457 b454 e87db0c96e91

639616f080fb9639616f080fba1670780656639616f080fb7639616f080fb8 639616f074fd6639616f074fd71670780656639616f074fd1639616f074fd4

Paylaş: