ts

“Kiyev rejimi mülki təyinatlı binalara hücum etməklə təxribata əl atıb”.

Globalinfo.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə deyib: “Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O müxtəlif növ silahlarlar və raketlərdən istifadə etməklə mülki obyektləri pərakəndə qaydada atəşə tutur”.

Qeyd edək ki, toplantıda Ukrayna tərəfdən silahlı hücuma məruz qalan Kursk vilayətində ümumi vəziyyət müzakirə olunub.

***15:23

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqramın Rusiya seqmentində məlumat yayıb.

Toplantının Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi ilə əlaqəli olduğu ehtimal edilir.

Qeyd edək ki, Ukrayna Kurskda bir neçə kəndi nəzarətə götürüb. Şəhərdə vəziyyətin son dərəcə gərgin olduğu deyilir.

Paylaş: