irevan 98

Ermənistanın şimalında baş verən zəlzələdən sonra afterşoklar qeydə alınıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Seysmik Mühafizə Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Spitak şəhərindən 9 km şimalda yerləşib, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşirib.

Güc 3,2 bal olub. Episentrdə yeraltı təkanlar 4 bal təşkil edib.

Yeraltı təkanlar Lori, Tavuş və Şirak rayonlarında 4-6 bal, Kotayk, Geqarkunik və Araqatsotn rayonlarında isə 2-4 bal gücündə hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

***10:12

Ermənistanın Lori bölgəsində 4,6 maqnitudalı zəlzələ olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:27-də Vanadzor şəhərindən 17 km şimal-qərbdə qeydə alınıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayaraq bildirib ki, Ermənistanda baş verən zəlzələ Kars vilayətində də hiss olunub.

Məlumata görə, zəlzələ həmçinin Gürcüstanda və Azərbaycanın qərb rayonlarında da hiss edilib.

Paylaş: