“Bu dağıntılar, bu mənzərə mənə yad deyil. Mən Azərbaycan xalqını çox yaxşı anlayıram”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu dünya miqyaslı 4 böyük səyyah klubundan biri olan – MTP (Most Traveled People) səyahət klubunun 35 nəfərlik geniş heyətinin tərkibində Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Kosovodan olan səyyah Vjollca Nivokazi Ağdamda deyib.
Kosovo səyyahı Ağdam Şəhidlər xiyabanında işğalçılar tərəfindən dağıdılan məzarlara baxaraq göz yaşlarını saxlaya bilməyib.














