ukrayna 09

Demoqrafiya İnstitutunun məlumatına görə, Ukraynanın hazırda nəzarət etdiyi ərazilərdə 31 milyon insan yaşayır. Xaricə 4,9 milyon insan gedib, 5 milyon insan isə işğal edilmiş ərazilərdə yaşayır.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna sosial siyasət nazirinin müavini Darya Marçak deyib.

O, 2025-ci ildə Ukraynada cəmi 25 milyon insanın qalacağını deyib:

“Müharibədən əvvəl bizdə doğum göstəricisi 1,2 uşaq idisə, müharibədən sonra qadın başına düşən doğum göstəricisi 0,9-dur. Bu göstəriciyə görə, dünyada sondan üçüncü yerdəyik”.

Marçak müharibədən öncəki vəziyyətə qayıdacağı təqdirdə belə Ukraynanın demoqrafik böhrandan çıxa bilməyəcəyini qeyd edib:

“Bizdə həmçinin 1 milyon əlil insan var və onlar işləyə bilmirlər. Nəzərə alsaq ki, 1 milyon potensial veteranımız da olacaq, biz artıq düşünməyə başlayırıq ki, bu cəmiyyət üçün yeni normaya çevriləcək”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: