İyunun 26-da saat 16 radələrində Gəncə şəhəri ərazisində 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməklə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1959-cu il təvəllüdlü Mahir Quliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək tanışı İlhamə Hüseynovanı qəsdən öldürməsinə, daha sonra 1999-cu il təvəllüdlü Akif Ağalarova və özünə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Akif Ağalarov və hadisəni törətməkdə şübhəli bilinən Mahir Quliyev xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam edir.
***
Gəncədə törədilən qətlin təfərrüatı məlum olub.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, qətlə yetirilən 1979-cu il təvəllüdlü İ.Hüseynova hadisəni törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü M.Quliyevlə qeyri-rəsmi münasibətdə olub.
M.Quliyev, həmçinin 1999-cu il təvəllüdlü A.Ağalarovu bıçaqlamaqda da şübhəli bilinir.
Şübhəli daha sonra özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. O, ağır halda xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatına alınıb. Digər yaralı isə şəhərin başqa xəstəxanasına çatdırılıb.
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
***
İyun ayının 26-da saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Globalinfo.az-a bildirilib ki, hadisəni qısqanclıq zəminində törədən 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.
Belə ki, 1 qadın, 2 kişi olmaqla 3 nəfər bıçaqlanıb.
Qadın aldığı bıçaq xəsarətindən ölüb. Xəsarət alan 1999-cu il təvəllüdlü Akif Ağalarov və 1959-cu il təvəllüdlü Mahir Quliyev isə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyata götürülüblər.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşlar cəlb olunub.