hecc 1

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı 577 zəvvar dünyasını dəyişib. Onların əksəriyyəti istidən dünyasını dəyişiblər. Bu hadisə Azərbaycanda olduqca narahatlıq yaradıb. Hər kəsi düşündürən bir sual var: Görəsən həlak olan zəvvarlar arasında azərbaycanlılar varmı?

Mövzu ilə bağlı Globalinfo.az Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, azərbaycanlılar salamatdırlar:

“Dünən də, bu gün də azərbaycanlı zəvvarlarla əlaqə saxlamışıq. Hər şey qaydasındadır, şükür Allaha, hamı sağ-salamatdır. Bir sözlə, Həcc ziyarətində həlak olanlar arasında azərbaycanlı zəvvarlar yoxdur. Allahın izni ilə 26 iyun tarixindən Bakıya gəlişləri başlayır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: