Həcc ziyarəti zamanı yüzlərlə zəvvar həlak oldu

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı 577 zəvvar dünyasını dəyişib.

Globalinfo.az bildirir ki, bu barədə “AFP” agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlərdən azı 323 nəfəri misirlidir.

Ölənlər arasında bir nəfərin izdihamda xəsarət almadan, digərlərinin isə istidən öldüyü bildirilir.

Eyni zamanda istidən həlak olanların azı 60 nəfəri iordaniyalıdır.

Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzinin məlumatına görə, bazar ertəsi Məkkədəki Məscidül-həramda havanın temperaturu 51,8 dərəcəyə çatıb.

Rəsmilər bildiriblər ki, 2000-dən çox zəvvar isə günvurma səbəbilə xəstəxanaya yerləşdirilib.

Zaira Akifqızı
Globalinfo.az