Baş Prokurorluq AZƏRTAC-la bağlı cinayət işinin başlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.
Qurumun mətbuat xidmətindən Globalinfo.az-a daxil olan məlumata görə, qeyd olunan fakt təsdiq edilməyib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə, bəzi mətbuat orqanlarında AZƏRTAC-da korrupsiya faktlarının olması, buna görə cinayət işi açılması barədə məlumatlar yayılıb.