2edcf9a9 a1b0 4321 9508 b02a3da623e9

“Laçında erməni işğalından öncə də, işğaldan azad olunduqdan sonra da olmuşam, amma Laçın o qədər gözəldir ki, hər gedəndə elə bilirəm ilk dəfədir orada oluram”.

Bu sözləri Globalinfo.az-a Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı Laçına səfər etməsi haqda danışarkən deyib.

1700857307 img 20231125 wa0024

Elşad Eyvazlı

O, hər dəfə Laçını fərqli şəkildə gördüyünü deyib:

“Hər dəfə Laçına gedən zaman orada olan daşlar da, qaya da, dağ da bir başqa cür görünür. Düşünürəm ki, bundan sonra neçə dəfə getsəm də, yenə belə olacaq. Oranın gözəlliyini gözlə görmək lazımdır”.

E.Eyvazlı Laçınla bağlı yayılan mənfi xəbərlərə də münasibət bildirib:

“Bizim gördüyümüz yerlərdə təmir də gözəldir, insanları da çox yaxşı və mehribandır. Sadəcə, biz maksimalistik. Təsəvvür edin, illər, əsrlər əvvəl qurulan Laçını gedib dağıdılmış halda gördük.

FB IMG 1700926695954

Amma buna baxmayaraq, 5-6 ay ərzində hər şeyin ideal olması tələb olunur. Bu, mümkün deyil axı. Laçın şəhərində hamar yolun, su, işıq, qaz, internet xəttinin, telefonun olması Bakıdan heç fərqlənmir. Hətta internet daha sürətlidir. Belə məsələlərin sosial şəbəkələrdə paylaşılmasını başa düşə bilmirəm. Əlbəttə, heç nə ideal deyil, olan problemləri də qaldırmalısan ki, həllini tapsın. Bizi ermənilər də izləyir və laçınlıların öz ata-baba yurdlarına qayıtdıqları üçün narahatdırlar. Buradan aydın şəkildə görürük ki, ermənilərin təbliğat maşını Azərbaycana qarşı işləyir. Ona görə ehtiyatlı olmaq lazımdır”.

PJB sədri daha sonra deyib:

“Təsəvvür edin, bulvar, məktəb, aptek, market, restoran, xəstəxana – bir sözlə, bütün infrastruktur qurulub, hər şey var. Bunlar da bir il ərzində həll olunub. O adamlar başqa nə istəyir, bilmirəm. Özümüz bəyəm ev tikərkən 6 ay ərzində bitirib orada yaşaya bilirikmi? Mümkün deyil axı! Bunun üçün zaman tələb olunur. Bizə daha çox işğaldan azad olunmuş Laçın lazımdır!” c4e5eec4 e339 4e58 aefb cd7e961792ce b23396bf 87cb 4659 8dba 4c54c0d5ed21   1700858346 img 20231125 wa0017   98dd15a3 5f7b 42ee 8c62 45feae5b0639 50a1ba7b 793f 4dc2 88f4 73bccd53ccf2

cb8f5c1e be37 443c af4a 6239428d0635

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: