metro yeni

Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.

Qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Globalinfo.az-a bildirib ki, hadisə bu gün səhər saat 05:30-da baş verib.

Qurum rəsmisi metroda usta köməkçisinin həyatını itirdiyini bildirib:

“İş vaxtı bitən, “İnşaatçılar” stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 08:50-də “Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu deyib.

Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib”.

Paylaş: