398633625 664692932433513 260133021238137409 n

Gəncədə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir.

Globalinfo.az bildirir ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin ƏmlaK Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.

Aparılan monitorinqlər zamanı, müvafiq icazəverici sənədləri olmadan daha bir neçə qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Belə ki, şəhərin Məhsəti qəsəbəsində aşkarlanan 2,  İ.Cəfərov küçəsində 1, Azərbaycan Bayrağı küçəsində 1 və Səbuhi Əliyev küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişməsində yerləşən 1 ədəd qanunsuz inşa edilən obyektlərdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.

Qeyd edək ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

398656640 664692929100180 4321309352077173337 n 398656636 664693012433505 5809901434399815788 n

Paylaş: