suret

Azərbaycanın keçmiş baş naziri Surət  Hüseynovla vida mərasimi Gəncədəki evində keçiriləcək.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün səhər mərhumun evinin qarşısında yas çadırı qurulub.

Surət Hüseynov şəhərin 4 saylı qəbiristanlığında ata və anasının məzarı yanında dəfn olunacaq.

Xatırladaq ki, ötən gün 64 yaşlı keçmiş baş nazir İstanbuldan Moldovaya gedərkən səhhəti pisləşib. O, Türkiyədə xəstəxanada vəfat edib.

WhatsApp Image 2023 08 01 at 09.28.07 1
WhatsApp Image 2023 08 01 at 09.28.08

Paylaş: