fe2e6085 41dc 3a53 9fa4 fa0af1b32cf2 850

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi, polis mayoru Fərid Məmmədov vəzifəsindən azad olunub.

Globalinfo.az  Unikal.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə Fərid Məmmədov Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Fərid Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Şərif Məmmədovun oğludur.

Paylaş: