Hərbi ekspert və pilotsuz uçuş aparatlarının (PUA) mütəxəssisi Sergey Tovkaç Ukraynada vəziyyətin tezliklə dəyişəcəyini elan edib.
Globalinfo.az xəbər verir ki, ekspert bunun “təxminən bir ay ərzində” baş verə biləcəyini proqnozlaşdırıb.
“Dönüş nöqtəsi mütləq payızda olacaq. Bunu bilirəm, çünki həyata keçirdiyimiz bəzi layihələrdən və qəbul etdiyimiz strateji qərarlardan xəbərdaram. Rusiya ordusunun qabiliyyətini artırması təxminən bir aydan ay yarıma qədər vaxt aparacaq”, – Tovkaç vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Kiyevin güzəştə getməsi halında hərbi əməliyyatların dayandırılacağını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az