tokayev 1

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətinin istefası haqqında fərman imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İmzalanan fərmana əsasən, yeni seçilmiş Qazaxıstan parlamenti qarşısında hökumətin səlahiyyətlərinə xitam verilib. Bununla belə, yeni hökumətin tərkibi təsdiqlənənədək hazırkı kabinet fəaliyyətini davam etdirəcək.

Sənəd prezident tərəfindən imzalandığı andan etibarən hüquqi qüvvəyə minib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: